Bu fikirləri Dövlət Sərhəd Xidmətinin kapitanı Qurban Qurbanov söyləyib. Kapitan qeyd edib ki, bizə bütün əməliyyatlarda yalnız irəli getmək tapşırılırdı: “Vətən müharibəsi müddətində bir addım da olsun geri çəkildiyimiz əməliyyat olmadı. Bütün istiqamətlərdə ancaq irəlilədik. Düşmənin qarşımıza çıxan canlı qüvvəsi tam şəkildə məhv edilirdi. Qalan qüvvələr isə qaçmaqla canını qurtarırdı, texnika və silah-sursatları isə bizim nəzarətimizə keçirdi”.
Qurban Qurbanov bildirib ki, torpaqlarımızın azad olunmasına görə şəhidlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin. (AZƏRTAC)