22.11.2024, 07:44
AZ EN
19.09.2023, 12:04 557

Laçın rayonu, Oğuldərə kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Oğuldərə kəndi Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazisinə daxildir. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Oğuldərə kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Oğuldərə Laçın rayonunun tərkibinə daxil edilmişdir. Kəndin əhalisi Azərbaycan türkləri, türk mənşəli hacısamlı camaatındandır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Oğuldərə kəndi Qorçu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Oğuldərə kənd Soveti yaradılmışdır. Kənd 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR