Digər bir yerli məlumata görə, Abdullauşağı kəndi Abdulla adlı şəxsin adı ilə bağlıdır. Abdullauşağı, yəni Abdulla kişinin nəslindən olanlar və ya Abdulla kişinin uşaqları yaşayan kənd kimi nəzərdə tutulur.
Abdullauşağı kəndinin əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Abdullauşağı kəndi 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ