Yaşayış məntəqəsi qonşu Çaykənd kəndindən köçmüş ailələrin İstibulaq adlı mineral bulağın yaxınlığında məskunlaşması nəticəsində yaranmışdır. Yerli sakinlərin məlumatına görə, kəndin adı əvvəllər Üstübulaq olmuşdur. Kənd əhalisi Alxasi tayfasına mənsubdur.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə ermənilər kəndi talan edib dağıtmışlar.
Kənd 2020-ci il noyabrın 25-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Tahirə AĞAMİRZƏ