01.07.2025, 18:30
AZ EN
20.09.2023, 08:39 318

Laçın rayonu, Səfiyan kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Laçın rayonunun Səfiyan kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsi keçən əsrin əvvəllərində Şuşa qəzasına daxil olmuş və Səfyanlı adı ilə qeydə alınmışdır. Səfyan bəzi türk dillərində "çəyirtkə" mənasında işlənir. Tədqiqatçıların bir qismi oykonimi Səfi şəxs adından düzəlmiş səfilər nəslinin adı ilə əlaqələndirirlər. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Səfiyan kəndi Aşağı Fərəcan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Səfiyan kənd Soveti yaradılmışdır. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub. 9 noyabr 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər