Azərbaycan Respublikasının Laçın rayonunun Quşçu kəndi dağlıq ərazidə yerləşir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Şamaxı və Daşkəsən rayonlarında Quşçu dağı, Laçın rayonunda Quşçu yol ayrıcı, Quşçu qalası dağı, Xocavənd rayonunda Quşçular dağı, Gədəbəy rayonunda Quşçunun yalı eynimənşəlidir. Eyni zamanda bu topokomponent Orta Asiya, Gürcüstan, Şimali Qafqaz, Cənubi Azərbaycan və Qərbi Azərbaycan ərazisində də yayılmışdır. Ehtimal olunur ki, bu yer adları türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Bu tayfa məskunlaşdığı ərazini quşçu tayfasının yaşadığı ərazi kimi adlandırmışlar. Laçın rayonunun Quşçu kəndində XV əsrə aid tarixi abidələr vardır.
İsa Musayev