30.04.2024, 13:56
AZ EN
19.07.2023, 14:30 156

Ermənilər tərəfindən dağıdılan Sarı Aşıq türbəsi

ŞƏRQİ ZƏNGƏZUR
  • Sarı Aşığın doğum və ölüm tarixləri dəqiq məlum deyil. Aşıq haqqında ilk məlumatı Həsənəli Xan Qaradağlı verib. Onun XVII əsrdə, Həkəri çayının sağ sahilində yerləşən Qaradağlı kəndində yaşadığı bildirilir. El arasında bayatı usdadı kimi tanınan Sarı Aşıq Güləbird kəndində dəfn edilib. Məzarının üzərində sonradan türbə ucaldılıb. Aşığın məzardaşındakı rəsmi onun xəyali təsviridir.

1927-ci ildə Güləbird qəbiristanlığında Aşığın türbəsində araşdırma aparılır. Arxeoloqlar tarixi abidənin XVII əsrə aid oluduğu qənaətinə gəlirlər. Xalq arasında Aşığın həyatı ilə bağlı ”Yaxşı və Aşıq” dastanı dillər əzbəri olur.

1989-cu ildə Güləbird kəndində  Aşığın Xatirə Muzeyi açılıb. Amma Laçının işğalından sonra muzey və bütün eksponatlar dağıdılıb, tarixi abidə məhv edilib...

Məzarüstü abidəni sovet hakimiyyəti illərində yenidən ucaldan Aslan Rüstəmov deyir: “Mən məəttəl qaldım ki, elə bil orda heç nə qalmayıb. Bir dənə məzar daşının qırığını qoyublar yanında. Mənim arzum odur ki, bu dava tez qurtarsın. Mən o işi təzədən edim”.

Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında  Azərbaycan ordusunun şanlı qələbəsi və diplomatik uğurları nəticəsində 2020-ci ilin dekabr ayında Laçının işğaldan azad edilməsindən sonra  Sarı Aşığın türbəsi də azadlığa qovuşdu.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər