İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
Kəlbəcər rayonunun Zəylik kəndi dağətəyi ərazidə yerləşir. Kəndin yerləşdiyi ərazidə “zəy” adlanan kristal şəklində kimyəvi maddə çıxdığı üçün bu yaşayış məntəqəsi belə adlanır.