30.04.2024, 12:49
AZ EN
17.05.2023, 18:01 184

Laçın rayonunun tarixi abidələri, Varazqun məbədi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Laçın rayonu ərazisində yerləşən Varazqun məbədi II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilmişdir.

Bu qədim Alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirsə də dövrümüzə qədər öz görkəminin əsas əsas hissəsini saxlamışdır. Tikili Bozlu kəndinin ərazisində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahilindən 2 km aralıda Varazqun adlanan sahədə inşa edilmişdir. Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Bu yaşayış məntəqəsi 1904-cü ildə Qafqazın 5 verstlik xəritəsində Varazqun kimi qeyd edilmişdir. Burada olan evlərin xarabalıqlarından əlavə məbədin yaxınlığında yaşayış üçün sığınacaqlar - mağara (kaha, yaxud zağa) mövcuddur. Mağaranın içərisində olan hər bir otağın sahəsi təxminən 12 kv.metrdir, hündürlüyü isə 2 metr, bəzi yerlərdə isə 2.20 metrə çatır. Məbədin ərazisində sinə və baş daşları albanlara xas olan üslubda naxışlanmış, üzərində alban xaçları işlənmiş, VII əsrə aid qədim qəbiristanlığın qalıqları aşkar edilmişdir. Ehtimal olunur ki, Varazxan və yaxud Varazqun oykonimi vaxtı ilə bu ərazilərdə yaşamış Qafqaz Albaniyasının hökmdarlarının (Varaz) adından götürülmüşdür.

İsa Musayev

Oxşar xəbərlər