Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni vandalları kəndi darmadağın edib viran qoymuşlar.
Quzeyçirkin kəndi 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ