17.06.2025, 22:26
AZ EN
27.09.2023, 10:00 388

Laçın rayonu, Uludüz kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Uludüz kəndi Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsindədir. Dağətəyi ərazidə yerləşən Uludüz kəndinin keçmiş adı Yuxarı Mollalar olmuşdur. Yaşayış məntəqəsi Mollalar kəndindən köçüb gəlmiş ailələrin Uludüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "böyük düz, böyük ərazi mənasındadır. Əhalinin əsas təsərrüfatı heyvandarlıq olmuşdur. 1 dekabr 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa MUSAYEV

Oxşar xəbərlər