08.09.2024, 05:46
AZ EN
20.04.2023, 15:20 197

Şərqi Zəngəzurun tarixi abidələri

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycanın tarixi torpaqlarından olan Zəngəzur mahalı tarixi abidələrlə zəngin bölgələrimizdəndir. Həmin abidələr minilliklər ərzində Zəngəzurun qədim Azərbaycan əraziləri olduğunu sübut edir. Sovet imperiyası Zəngəzuru iki yerə böldü, qərb hissəsini Ermənistana verdi, şərq hissəsi isə Azərbaycanın tərkibində qaldı. Bölgə Azərbaycanın alban irsi ilə zəngindir. 30 ilə yaxın bir dövrdə işğalçılar xalqımıza məxsus tarixi yadigarları da məhv ediblər. Arxeoloq Tarix Dostiyev yazır ki, Azərbaycanın Laçın rayonu ərazisində olan tarixi abidələr hələ XX əsrin 30-cu illərindən məlumdur. Malik Əjdər türbəsi XIII əsrə, Kar Kümbəz isə XVII-XVIII əsrlərə aiddir. Onlar 8 guşəli plana malikdir. Ötən əsrin 80-ci illərində arxeoloq Mənsur Mənsurov kəşfiyyat işləri zamanı Kəlbəcər rayonunun Zar kəndi yaxınlığındakı mağarada Orta Paleolit dövrünün son, Üst Paleolit dövrünün başlanğıc mərhələsinə aid düşərgə aşkar etmişdir.

İsa Musayev

Oxşar xəbərlər