27.07.2024, 09:25
AZ EN
15.09.2023, 11:55 240

Laçın rayonu, Mayis kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Mayis kəndi Azərbaycan Respublikasının Laçın rayonunun Sonasar kənd inzibati ərazi dairəsinə daxildir. Rayonun ən mənzərəli kəndlərindən biri olan Mayis kəndi Hoçazçayın sağ sahilində meşəli, güllü-çiçəkli bir yerdə yerləşir. Ərazisində olan onlarla bulaq, qoz, fındıq, armud, zoğal, böyürtkən, zirinc və s. yabanı meyvələrlə zəngin olan meşələr təbiətin Mayis kəndinə bəxş etdiyi əsrarəngiz gözəllikdir. Qarabağ xanlığı dövründə və ondan da əvvəl kəndin ərazisi indiki Qarıqışlaq kəndində yaşayan sakinlərin yaylaq yeri olmuşdur. Mayis kəndinin adının maraqlı tarixçəsi var. Əvvəllər onun adı Qısamtolan olmuşdur ki, bu da "Qızxanıma toy olan" ifadəsinin qısaldılmış formasıdır. Mayis kəndi 1 dekabr 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa MUSAYEV

Oxşar xəbərlər