17.06.2025, 16:38
AZ EN
16.02.2024, 08:14 422

Qubadlı rayonu, Qəzyan kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində olan Qəzyan kəndi Bərgüşad çayının sağ sahilində, dağlıq ərazidədir. “Kitabi-Dədə Qorqud”da qazı-ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardı.

Rayon mərkəzindən cənubda rayonun 9 km-də dəniz səviyyəsindən 750 m hündürlükdə yerləşir. Kəndin içərisindən Qubadlı–Həkəri şosesi keçir.

Qəzyan kəndi Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin, Bahadur Pəhləvanın, Calal Bərguşadın, Şəfahət Mehdiyevin və bir çox tarixi şəxsiyyətlərin doğulduğu kənddir.

Kənd 1993-ci il avqust ayının 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.

2020-ci il noyabrın 7-də Şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər