- Cəbrayıl rayonunun Hovuslu inzibati-ərazi vahidində olan İsaqlı kəndi düzənlik ərazidə yerləşir. Yaşayış məntəqəsi Ermənistanın Dastakert kəndinin zəlzələ nəticəsində dağılmasından sonra (1931-ci il) əhalinin köçüb gəlməsi nəticəsində yaranmışdır. Kənd XIX əsrdə Zəngəzur qəzasında yaşayan xocaisaqlı tayfasına mənsub olan İsaqlı qışlağında salındığı üçün qışlağın adı ilə adlandırılmışdır.
Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni vandalları kəndi viran etmişlər.
İsaqlı kəndi 2020-ci il oktyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ