Tağlı kəndi Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsinə daxildir. Bu kənd dağətəyi ərazidə, meşəlik içərisindədir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-İQ saylı Qərarı ilə Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Tağlı kəndi adlandırılmışdır. Bu kənd Zəngilan rayonunun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 1993-cü ildə ermənilər tərəfindən işğal olunan kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev