Tarixçi alim, professor Ziyadxan Nəbibəylinin araşdırmalarına görə (Z.Nəbibəyli. "Zəngəzurun altun tacı Laçın". Bakı-2009) Sadınlar kəndinin sakinləri en qədim türk xalqları olub. Adı lap qədim türk tayfası olan Sodok tayfasının adından götürülmüşdür.
Kəndin indiki əhalisi XIX əsrdə Qarıqışlaq kəndindən köçüb gəlmiş Eyvazlılar, Allahverdi uşaqları, Ellazlar, XX əsrin əvvəllərində erməni təcavüzü nəticəsində Ermənistanın indiki Xoznavar kəndindən (Tarixi Azərbaycan torpaqlarından) deportasiya edilmiş Təhməzlilər tayfasından formalaşmışdır. Hazırda Sadınlar kəndinin əhalisi təqribən 650 nəfərdən çoxdur.
Qarabağ müharibəsində kəndin 4 nəfər şəhidi olmuşdur. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tahirə AĞAMİRZƏ