Tədbirin müsəlman ölkələrindən qatılan bəzi nümayəndələri Cümə məscidində namaz qılıblar.
İşğal dövründə, yəni 2000-ci il mayın 9-da Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə təqdim edilmiş və hazırda məsciddə eksponat kimi nümayiş edilən Ağdam Cümə məscidinə aid daş parçası əcnəbi qonaqların marağına səbəb olub. (Report)