24.04.2025, 19:00
AZ EN
24.04.2025, 13:34 210

Çinli səyyah: Qarabağda təmir-bərpa işlərindən böyük zövq aldım

QARABAĞ
  • Qarabağda aparılan təmir-bərpa işləri gələcək üçün də mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Çindən olan səyyah Tommi Şao deyib.

O, eyni zamanda, müşahidə etdiyi qonqapərvərlikdən məmnunluğunu ifadə edib:

“Azərbaycana Çindən gəlmişəm. Qarabağa ilk səfərimdir. Xüsusilə bu bölgənin dağlıq hissəsini çox sevdim. Həftəsonları bu ərazilərə gəlib rahatlıqla istirahət etmək olar. Qarabağda aparılan təmir-bərpa işləri gələcək üçün də mühüm əhəmiyyət daşıyır. Mən özüm bu işlərdən böyük zövq aldım. Bu yerlərdə hər şey çox gözəl təşkil olunub, insanlar isə xüsusilə çox qonqapərvərdirlər”. (APA)

Oxşar xəbərlər