Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Elmar Orucov bildirib. Onun sözlərinə görə, Tərtər çayından 14 km-lik su xətti də çəkilə bilər.
“Tərtər çayına buraxılan su kifayət deyil. Buna səbəb Sərsəng su anbarıdır. 30 880 ha ərazi Xaçınçay suyu vasitəsi təmin edilə bilər. Əgər çəkilən xətlərlə su olmayacaqsa, digər alternativlər də nəzərdə tutulacaq”, - deyə qurumun nümayəndəsi vurğulayıb. (APA)