Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, bölgədə yeni ictimai iaşə obyektləri, otel və restoranlar fəaliyyətə başlayıb:
"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə 37 yerləşmə müəssisəsi fəaliyyət göstərir. Onlardan 20-si Xankəndi şəhərində yerləşir".
Məlumatda həmçinin qeyd olunub ki, turistlərin bölgəyə təhlükəsiz və rahat səfərlərinin təmin edilməsi məqsədilə bütün şərait yaradılıb:
"Yolumuz Qarabağa" və "e-Polis" portalları vasitəsilə vətəndaşlar səfər icazələrini onlayn qaydada əldə edə bilirlər".(Report)
