Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndini mavi yanacaqla təmin etmək üçün hal-hazırda işlər aparılır. Bu kəndə mavi yanacaq vermək üçün Goranboy rayonunun Tapqaraqoyunlu kəndindən Tanış kəndinə yeraltı polietlen boruda daşıyıcı kəmər çəkilir. Artıq kəmərin çox hissəsi hazırlanıb.
Aziriqaz İstehsalat Birliyi əsas tikinti şöbəsinin mühəndisi Gəray Hüseyov bildirib ki, layihə üzrə nəzərdə tutulmuş 11,2 kilometr daşıyıcı qaz kəmərindən 9 kilometri çəkilib hazır vəziyyətdədir. İnci çayının üzərində olan körpü metal borularla konsurlar vasitəsilə keçirilir. Mənbədə birləşmə nöqtəsində quvşaq qurqşdırılır. Talış-Suqovuşan yolunun qapalı sürətdə keçirilməsi işləri davam edir, günün sonuna kimi yekunlaşacaq, keçid qapalı sürətdə olacaq qazma üsulu ilə. Yerdə qalan işlərin yekunlaşması üçün işlər tam sürətlə davam edir.
Bundan sonra bu daşıyıcımızın üzərində Suqovuşan kəndini qazlaşdırmaq üçün qol ayrılmışdır. Üzərinə siyirtmə quraşdırılmışdır. Gələcəkdə o kənddə qaz xətti çəkilişində ondan istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, qaz xəttinin keçdiyi ərazi ilk olaraq mina və partlamamış hərbi sursatlardan təmizlənib və çoxsayda həm piyada, həm tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Ondan sonra tikinti işlərinə start verilib və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Bu ayın axırına kimi əsas daşıyıcı xəttin çəkilərək başa çatdırılması planlaşdırılır.
Hazırladı: Tahirə AĞAMİRZƏ