"Vətən səsi" xəbər verir ki, bununla bağlı podratçı şirkətlərin seçilməsi prosesi oktyabrın axırlarınadək başa çatdırılmalıdır. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” bununla bağlı açıq tenderlər elan edib. Tenderlərdən biri Ağdam şəhəri F-2 yaşayış məhəlləsi üzrə enerji təsərrüfatı obyektləri, sahədaxili mühəndis-kommunikasiya sistemlərinin, o cümlədən içməli su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilərin tikintisini nəzərdə tutur. Həmin layihənin ehtimal olunan qiyməti 9 milyon 675 min 661 manatdır.
İkinci layihə "Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-137 üzrə binaların tikintisi işləri" adlanır. Satınalmanın ehtimal olunan qiyməti 9 milyon 643 min 311 manatdır.
Nəyahət, üçüncü tender layihəsinə əsasən, yenidən qurulan Ağdam şəhərindəki 5-ci yaşayış massivi, məhəllə O-122 ünvanda binaların tikintisi işlərini həyata keçirəcək podratçılar müəyyənləşməlidir. Həmin layihənin ehtimal olunan qiyməti 10 milyon 37 min 878 manat olacaq.
Elxan SALAHOV