Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.
O, işğaldan azad edilmiş ərazilərin hidroenerji potensialı barədə danışarkən bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlərin nəticəsində işğal dövründə bu ərazilərdə 135, 8 MVt gücündə 29 ədəd su elektrik stansiyası olduğu, lakin əraziləri tərk edən düşmən tərəfindən stansiyanın hamısının dağıldığı müəyyən edildiyini deyib. (APA)