Bunu jurnalistlərə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bu stansiya Türkiyənin AFAD qurumu tərəfindən bizə hədiyyə edilib.
"Bu, Azərbaycanda 4-cü quyudibi stansiya olacaq. 100 metr dərinliyində yerləşəcək. Bütün azad edilmiş ərazilərdə kompleks tədqiqatlar aparacayıq. Əhali köçdükcə orada işlə təmin olunacaq", - o qeyd edib. (Trend)