09.10.2025, 10:28
AZ EN
07.10.2025, 07:59 178

Ağdərə və Xocalının 5 kəndində 315 evin təmirinə başlanır

QARABAĞ
  • “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Qarabağda yenidənqurma layihələri ilə bağlı daha bir tenderin nəticələrini açıqlayıb. Söhbət Ağdərə və Xocalının 5 kəndində yaşayış evlərinin təmiri layihələrinin hazırlanmasından gedir.

"Vətən səsi" xəbər verir ki, tenderin məqsədlərinə uyğun olaraq, Ağdərə rayonunun Çapar və Həsənriz kəndlərində 144 fərdi yaşayış evinin, Xocalı rayonunun Xanyurdu, Ballıca və Təzəbinə kəndlərində 171 fərdi yaşayış evinin cari təmiri üçün layihələr hazırlanacaq. Bir ay əvvəl elan edilmiş tenderin nəticələrinə görə “Himmen Construction” MMC müsdabiqənin qalibi seçilib. Artıq adı çəkilən 5 yaşayış məntəqəsində evlərin təmirinə başlamaq haqqında sifarişçi və icraçı arasında razılaşma müqaviləsi də imzalanıb. Şirkətlə bağlanan müqavilənin dəyəri 291 min 726 manat təşkil edir.

 

Elxan SALAHOV

Oxşar xəbərlər