29.03.2024, 03:45
AZ EN
24.03.2022, 11:00 336

Ağdamda ilk yaşayış binası inşa edilir

QARABAĞ

İşğaldan azad edilmiş Ağdam şəhərində ilk yaşayış binalarının tikintisi davam etdirilir. Tikintinin təməlinin qoyulmasından az vaxt keçsə də, artıq ilk binanın zirzəmisi və qeyri-yaşayış sahəsi olan birinci mərtəbəsində iş sürətlə aparılır.

İTV-nin tikinti meydançasından təqdim etdiyi reportajda (https://www.facebook.com/agdam.org/videos/428178199110827/) bu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, tikintiyə yerli mütəxəssislərlə yanaşı türkiyəli mütəxəssislər də cəlb ediliblər.

Ümumi yaşayış sahəsi 21.920 kvadratmetr olacaq bina 1,55 hektar ərazidə tikilir. Bundan başqa şəhərdə mehmanxananın, xəstəxanın və digər infrastruktur layihələrinin icrası davam etdirilir, həmçinin  təbii qaz xəttinin çəkilişi üçün layihələndirmə aparılır.

Oxşar xəbərlər