Ötən həftələrdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi məkanlar dirçəlişin növbəti simvoludur.
İqtisadi zonaların inkişafı agentliyinin mətbuat katibi, Elçin Kazımov:
-6 müəssisənin fəaliyyətə başlaması ilə ölkəmizdə mövcud sənaye zonalarında fəaliyyyətə başlamış müəssisələrin sayı 79-a çatıb. Fəaliyyətə başlayan yerli müəssisələr tərəfindən Ağdam Sənaye Parkında görülmüş işlərə ümumilikdə 40 milyon manatdan çox investisiya yatırlıb. Birinci mərhələdə 150 daimi iş yeri yaradılıb. Növbəti mərhələdə bu iş yerlərinin sayının artırılaraq 456 nəfərə çatdırılması planlaşdırılır.
Burada müxtəlif təyinatlı ayaqqabıların istehsal müəssisəsi fəaliyyətdədir. Üç il əvvəl bura ruhlar şəhəri adlandırılırdı. Bu gün isə “Made in Azərbaijan” brendi altında məhsullar istehsal olunur. Azərbaycan Ağdam şəhəri, Ağdam Sənaye Parkı. Artıq məhsullar satış üçün tam hazırdır.
Ağdam Sənaye Parkının rezidenti, Osman Yaylalı:
-İstehsal etdiyimiz məhsullar dörd fəsilə uyğun şəkildə modenşədirlib. Bu modenlərimizlə birlikdə yerli və xarici kadrlarımızla bərabər istehsalımıza davam edirik. Çəkmələrimizi yağa, suya, toza, çeşidli kimyasal maddələrə dayanıqlı olaraq istehssal edirik. Hazırda iki tikiş maşınımız var. Birində ayaqqabı istehsal edirik, digərində isə bot istehsal edirik. Avropa üçün sənədləşdirmə işlərimiz başlayıb. Amerikaya, Kanadaya, Avropaya və dünyanın bütün ölkələrinə burdan ixrac etməyi planlaşdırırıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ