Bunu Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında Qaz ixrac idarəsinin birinci müavini Sərxan Babaşov deyib.
S.Babaşov bildirib ki, tikintisi aparılan magistral qaz kəmərləri bunlardır:
-Laçın istiqaməti üzrə - "Horadiz-Laçın" qaz kəmərinin və üzərlərində QPS-lər quraşdırmaqla "Cəbrayıl QPS", "Zəngilan QPS", "Mincivan QPS", "Qubadlı QPS" və "Laçın QPS" qaz kəməri qollarının tikintisi.
-Şuşa istiqaməti üzrə - "Böyük Bəhmənli-Şuşa" magistral qaz kəmərinin, həmin kəmərdən ayrılan "Füzuli" və "Ağoğlan (Hadrut)" qaz kəməri qollarının, həmçinin kəmər və qollar üzərində quraşdırılacaq "Şuşa", "Füzuli" və "Ağoğlan" qaz paylayıcı stansiyaların tikintisi.
-Ağdam istiqaməti üzrə - "Azadqaraqoyunlu-Ağdam" qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla "Ağdam QPS" qaz kəməri qolunun tikintisi" və "Yevlax-Naxçıvan" magistral qaz kəmərinin 33÷46-cı km hissəsinin yenidən qurulması.
-Kəlbəcər istiqaməti üzrə - "Ağdam-Kəlbəcər" qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla "Kəlbəcər QPS" qaz kəməri qolunun tikintisi.
Onun sözlərinə görə, hazırda Laçın Qazpaylayıcı Stansiyasında (QPS) tikinti işlərinin 93 faizi, Mincivan QPS-də 45 faizi, Cəbrayıl QPS-də 29 faizi, Zəngilan QPS-də 18 faizi, Füzuli QPS-də 99 faizi, Şuşa QPS-də 92 faizi, Ağoğlan QPS-də 82 faizi, Ağdam QPS-də 99 faizi, Kəlbəcər QPS-də 80 faizi tamamlanıb. 2025-ci ildə “Laçın-Qorçu” qaz kəmərinin və həmin kəmərdən ayrılmaqla “Qoşasu” qaz kəmərinin, Mincivan-Ağbənd qaz kəmərinin və qaztənzimləyici məntəqəsinin tikintisi planlaşdırılır. (AZƏRTAC)