01.12.2024, 22:14
AZ EN
25.12.2022, 10:05 208

Ağdam rayonunun Əliağalı kəndi

QARABAĞ
  • AZƏRTAC Ağdam rayonunun işğal dövründə erməni vandalizminə məruz qalmış Əliağalı kəndinin görüntülərini təqdim edib. Əliağalı kəndi Xaçın çayının sol sahilində, Əlimədətli kənd inzibati ərazi dairəsində yerləşir.

Əliağalı kəndi 1993-cü il iyunun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

Oxşar xəbərlər