22.11.2024, 03:53
AZ EN
13.04.2023, 17:03 319

Şuşa rayonu, Malıbəyli kəndi

QARABAĞ

Şuşa rayonunun Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 km şimalda, dağətəyi ərazidə yerləşir. Əhalisi əsasən azərbaycanlılardan ibarət olan Malıbəyli yaşayış məntəqəsi XVIII əsrin sonu, XIX əsrin əvvəllərində sahibkar Malibəyə məxsus ailələrin Malıbəy kəndindən köçüb, bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. 1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında kənd Yelizavetpol quberniyasının Şuşa qəzasına aid olan kəndin əhalisi 1.060 nəfər təşkil edir ki, onların da əksəriyyəti tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1986-cı ildə aparılan siyahiyaalmanın nəticəsinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi. Malıbəyli kəndi 11 fevral 1992-ci ildə ermənilər tərəfindən işğal edilmişdir. Nəhayət, Vətən müharibəsi nəticəsində işğal olunmuş bütün torpaqlarımız kimi Şuşa rayonu və kəndləri də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR