Qarabağ xanlarının ailə üzvlərinin üz cizgiləri müəyyənləşdiriləcək
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev:
-İlkin olaraq bizdə olan informasiyaya görə burda təxminən 35-40 qəbir ola biləcəyini düşünmüşdük. Amma qazıntılar nəticəsində burda 213 qəbir aşkar olundu, müəyyən edildi. Bu 213 qəbirin əksəriyyəti torpaq qəbirlərdir. Hansı ki, bizim tədqiqatçılar, antropoloji tədqiqatçılar onu göstərdi ki, ermənilər həmin qəbirlərə, yəni XX əsrin 30-70-ci illərinə aid olan qəbirlərə müdaxilə ediblər. Baş daşlarını, sinə daşlarını tikinti materialı kimi istifadə ediblər və o əksər qəbirlərə də müdaxilə edib onların çənə sümüklərində protezlərin götürülməsi, məhz orda dişlərin metaldan olmasını nəzərə alıb vandalizm nümayiş etdirib. Çənələrdən və protezlərin çıxarılması. Bütün bunlar bizim tədqiqatlarda öz əksini tapdı, qeydiyyatlar apardıq. Yəni məqsədli şəkildə ermənilər həm qəbirlərin üzərində olan baş daşları və sinəı daşlarından tikinti materialı kimi, həm də onlara müdaxilə edərək aşkar olunmuş skledlərdə metsldan olan dişlərin çıxarılması prosesini həyata keçiriblər.
Fərhad Quliyevin sözlərinə görə, yeni üsulla aparılacaq tədqiqatlar sayəsində kəllə-beyin sümüklərinin üzərinin skan edilməsi vasitəsilə həmin türbələrdə dəfn olunmuş xan ailəsinni sifət cizgiləri də müəyyən ediləcək.
Fərhad Quliyev daha sonra əlavə edib ki, çox güman ki, kəllə-beyin sümüklərinin üzərinə skan edilməsi vasitəsilə biz hətta türbələrdə dəfn olunmuş xanın ailəsinin sifət cizgilərini də ortaya gətircəyik. Bu, yəni bu gün müasir elmdə bu ciddi bir tədqiqat üsuludur ki, məhz bu skanla antropoloji tədqiqatlarla dənf olunmuş insanların cizgiləri bərpa olunur. Biz ümumiyyətlə, bu suallara dəqiqliyi gətirmək istəyirik ki, burda dəfn olunan xan ailəsinin kimliyi məsələsi dəqiqləşəcək. Qarabağ xanlığının ən erkən dövrünü, yəni Qarabağ xanlığının tarixi gerçəyini bərpa edib bunu xalqımıza və ictimaiyyətə təqdim edəcəyik. Yəni burda dəfn olunan xan ailəsinin üzvlərinin kimliyi dəqiqləşdiriləcək.
“İmarət” kompleksinin tam bərpası üçün vəsaitin Qarabağ Dirçəliş Fondu tərəfindən aryılması nəzərdə tutulur.
Hazırladı: Tahirə AĞAMİRZƏ