19.04.2024, 14:39
AZ EN
25.06.2022, 14:35 295

Tarix Muzeyində görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyova məxsus gümüş qələm qorunur

QARABAĞ
  • AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Qori Müəllimlər Seminariyasının məzunu, görkəmli maarifçi, pedaqoq, publisist Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyova məxsus gümüş qələm qorunur. Bu barədə muzeydən məlumat verilib.

Səfərəli bəy Vəlibəyov 1861-ci ildə Şuşa şəhərində anadan olub. O, XIX əsr Azərbaycan pedaqoji tarixinin simalarından biridir. Səfərəli bəy Vəlibəyov Qori müəllimlər seminariyasını bitirən ilk üç azərbaycanlıdan biri olub, ömrünün 16 ilini pedaqoji işə sərf edib. Bu müddət ərzində Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini Səfərəli bəy Vəlibəyovdan alıb. O, 1902-ci il avqustun 31-də Şuşa şəhərində vəfat edib.

Səfərəli bəy Vəlibəyova məxsus olan gümüş qələm 1971-ci ildə nəvəsi Validə Ələsgər bəy qızı Bəylərbəyova tərəfindən muzeyə təhvil verilib. Qələmin üzəri palıd budağı və qozalarla bəzədilib, “Səfərəli” və “1893” sözləri yazılıb. (AZƏRTAC)

Oxşar xəbərlər