23.06.2025, 22:20
AZ EN
06.06.2023, 12:48 321

Xocavənd rayonunun tarixi abidələri, Müqəddəs Tanrı anası kilsəsi

QARABAĞ
  • Müqəddəs Tanrı anası kilsəsi Azərbaycan Respublikasının Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşən tarix - memarlıq abidəsidir. Hələ dəqiq öyrənilməsə də çəhrayı rəngli qranit pilonlara birləşdirilmiş, zəngin dekorlu dörd xaçdaş üzərindəki tarixlə artıq XII əsrdə burada dini kompleksinin olduğunu sübut edir.

Tədqiqatçıların fikrincə kilsə XVI-XVII əsrlərdə daha qədim dini kompleksinin yerində inşa edilmişdir. Birnefli bazilika formasındakı tikili tağtavanlı dama malikdir. Planda düzbucaqlı formada olan tikilinin ölçüləri 12,6 x 6 metrdir. Kilsənin əsas girişi cənub tərəfdəndir. Apsidanın hər iki tərəfində köməkçi otaqlar vardır. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

İsa Musayev

Oxşar xəbərlər