Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində olan Xələfşə kəndi rayon mərkəzindən 6 km cənub-qərbdə, düzənlikdə yerləşir. Kəndi Xələf şah adlı şəxs saldığına görə kəndə də onun adı verilmişdir. Bəzi ehtimallara görə toponim XVIII əsrdə Qarabağ xanının vəkili olmuş Mirzə Xələfin adı ilə əlaqədardır. 1727-ci ilə aid "Gəncə- Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı Xəlifəşahlı kimi yazılmışdır. Xələfşə (Xələfşah) oykonimi dərviş Səfəvi ordeni ilə bağlıdır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olub. 1993-cü ildə işğal olunmuş kənd 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa MUSAYEV