Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində olan Xərxan kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Oykonim erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində (Ağdərə rayonu ərazisində) mövcud olmuş Xarx qalasının adındandır. XIII əsrə aid mənbədə bu qalanın adı çəkilmişdir. Xərxan yaşayış məntəqəsi Ağdərə rayonu ərazisində olmuş, orta əsrlərdə dağıdılmış, əhalisi Xocavənd və Şuşa ərazisində Xərxan adlı iki kənd salmışdır. Oykonim türk dillərindəki xarz (boş, kimsəsiz) sözünə şəkilçi artırmaqla düzəlmişdir. Güman olunur ki, qala XIII əsrdə boşalmış, kimsəsiz olduğu üçün bu adla qeydə alınmışdır.
İsa Musayev