08.09.2024, 05:57
AZ EN
14.07.2023, 17:24 258

Füzuli rayonunun tarixi abidələri, Hacı Qiyasəddin məscidi

QARABAĞ

Hacı Qiyasəddin məscidi Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində anadan olmuşdur. O, Qarğabazarı kəndinin kəndxudası olmuşdur. Deyilənlərə görə Hacı Qiyasəddin ağa qurucu və xeyirxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/1684) ildə doğma kəndlərində məscid tikdirmişdir. Həmin məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. h. t. 1095". Hacı Qiyasəddin məscidi eyvansızdır, yerli daş materialları ilə bir zaldan ibarət tikilmişdir. Dam örtüyü tağtavan şəklindədir. Məscid tarixi abidə kimi qorunur.

İsa Musayev

Oxşar xəbərlər