21.12.2024, 19:37
AZ EN
02.12.2022, 15:00 474

Ədalət Verdiyev: “Bu, Azərbaycan üçün yolverilməzdir”

YAZILAR
  • Son bir həftə ərzində Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş ərazilərdə yaşayış məntəqələri və coğrafi adlarla bağlı uydurma erməni adlarından istifadə etməsinə dair 6 bəyanat yayıb. Lakin bu günə qədər Rusiya səssiz qalmağa üstünlük verib.

Bununla bağlı hərbi ekspert Ədalət Verdiyevlə söhbətləşdik.

-Ədalət müəllim, Azərbaycan Müdafiə Nazirliyinin dəfələrlə müraciətlərinə Rusiya Federasiyasının məhəl qoymamasına münasibətiniz necədir?

-Rusiya sülhməramlı kontigenti barədə Azərbaycan Müdafiə Nazirliyinin səsləndirdiyi etiraz bəyanatına Rusiya Müdafiə Nazirliyinin bu günə qədər səssiz qalması Azərbaycan üçün qəbuledilməzdir. Mən də bu barədə feysbuk səhifəmdə yazmışam ki, əgər onlar bizim toponimləri erməni dili ilə səsləndirirlərsə, biz də o zaman Moskvaya “Moskoviya” deyək, Sankt-Peterburqa “Leninqrad” deyək, Kuril, Saxarlin, Şikotan, İfrup adalarının isə Yaponiyaya aid olduğunu yazaq. Rus ordusunu “raşist ordusu” adlandıraq ki, Rusiya tərəfi bir qədər öz bəyanatlarında daha diqqətli olsun. 

-Qarabağda müvəqqəti məskunlaşdırılmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazilərinə keçməsini təmin edib. Bəs məqsəd nədir?

-Qarabağ ərazisindən noyabrın 24-də keçən 14 nəfər İran vətəndaşına gəldikdə isə, onların kəşfiyyat diverdsiya qrupu olduğu şübhə doğurmur və Qarabağ ərazisində həm erməni silahlılarına təlim keçəcəyi, həm də özlərinin də diversiya fəaliyyətlərinə yol verəcəkləri şübhəsizdir, istisna edilmir bu məsələlər. Məqsədləri isə aydındır. Qarabağdakı erməni silahlılarını Azərbaycana qarşı cəsarətləndirmək, onlara təlim vermək, bölgədə sabitliyi pozmaq və sonunda erməni silahlılarının arasında çox ciddi bir sayda itkilərə nail olmaq. Hesab edirəm ki, əvvəlki məqsədlərini dəqiq ehtimal edə bilmərəm, amma son məqsədinə onlar mütləq nail olacaqlar.

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər