11.07.2025, 23:34
AZ EN
27.03.2023, 16:27 315

İran nə istəyir?

YAZILAR

Ermənistan mətbuatının bu gün günorta yaydığı xəbərlər sırasında bacıları İranın Azərbaycanla sərhəd boyunca hərbi birləşmələr yerləşdirdiyi və sabah yeni təlimlərə başlayacağı barədə məlumatlar daha çox paylaşılıb. Haylar bildirirlər ki, İran təlimlər barədə üçüncü ölkə vasitəsilə Azərbaycana rəsmi məlumat verib. Haylar daha sonra "bəs İran nə istəyir" sualına cavab olaraq bildirirlər ki, o Ermənistanın dostu olaraq Zəngəzuru və Ermənistanın digər bölgələrini özünə qırmızı xətt hesab edir.

Özünə umac ova bilməyən, islama zidd təriqət daşıyıcısı İranın frəng təlimatı ilə haylara əriştə kəsmək istəməsi lap tülkünün şirdən sənəd tələb etməsi barədə lətifələrə bənzəyir.

Nəsib

Oxşar xəbərlər