Qərbi Azərbaycandakı hay toplumunun rəhbəri Nikol Paşinyanın Türkiyə və Suriyaya hər biri 22 nəfərdən ibarət xilasedicilər qrupu göndərməsi hayların yeni müzakirə mövzusuna çevrilib. Bəzi siyasi şərhçilər bunun diplomatik nüans və türklərə deyil, məhz haylara gərəkli olduğunu vurğulasalar da, əksəriyyət etnik tayfa mentalitetləri ilə Türkiyə və türk xalqlarına qarşı, el təbirincə desək, ağızlarına gələni çərənləyirlər. Sadə, savadsız insanları bəzi meyarlar baxımından, bəlkə də, başa düşmək olar. Amma özünü demokratik dəyərlərə sadiq göstərməyə çalışan və bu istiqamətdə təbliğat-təşviqat kampaniyasını indi də davam etdirən iqtidarın parlamentdəki fraksiyasının üzvü Hakop Aslanyanın tülkü cildli sifəti və müsahibəsi isə hayların mənəvi çirkabla doğulduğunun, elə həmin qayda da yaşayıb gəbərdiklərinin növbəti nümunəsidir.
O, deyir ki, baş nazirin komandasının üzvü kimi onun bu qərarını üzdə dəstəkləsə də daxilən narazıdır.1988-ci ilin dekabrında Türkiyənin Ermənistana canlı qüvvə və texniki köməklə bağlı tarixi faktlara da öz hay-fars-firəng üçbucağından baxan bu deputat həyasızcasına belə bir feyk xəbər də deyib ki, Gümrüdə türklər göndərən maşının qapıları açılarkən oranın boş olduğunu görənlər hələ də sağdır. Belə çıxır ki, maşını boş yola salıblar. Bu tülkü xislətli erməni türklərin ünvanına daha bir neçə böhtan səsləndirdikdən sonra deyir ki, şəxsən mən türk öldürmək üçün doğulmuşam və bu missiyanı həyata keçirəcəyəm. Antitürk məqalələri ilə seçilən və bu şərəfsizliyinə görə mükafatlandırılan Lusine Şahverdyanın əməkdaşı olduğu "Hraparak"da fevralın 9-da paylaşılmış bu müsahibədəki digər iyrənc fikirləri isə qeyd etmədən belə bir şəxsi qənaəti xüsusi vurğulamaq lazım gəlir ki, hayların Türkiyəyə buraxılmasına ehtiyac yox idi.
Nəsib QARAMANLI