Bu fikirlər Ermənistan parlamentindəki müxalif "Hayastan" fraksiyasının üzvü, Geğam Manukyana məxsusdur. O bu gün parlamentdə iştirak etməməsinin səbəbləri barədə jurnalistlərə açıqlama verən zaman baş prokurorun Seyran Ohanyana qarşı cinayət işinin açılması üçün parlamentin qərar qəbul etməsini istəməsini qeyri-qanuni adlandırıb, iqtidarı yenidən həm sərt tənqid, həm də təhqir edib. Əlindəki sənədi isə göstərərək deyib ki, bu sənədlə, Paşinyanın imzası ilə ötən il aprelin 15-də müdafiə nazirliyinin 71 əmlakı Dövlət əmlak fonduna keçirilib və bir ay sonra çıxdaş edilərək satılıb. "Bu ədalətsizdir. Amma Allah Ermənistanın gələcəkdə belə sümsük itlər tərəfindən idarə edilməsinə kaş icazə verməyə" - deyə o hakimiyyətdə özbaşınalığının baş alıb getdiyini və ölkəni yeni fəlakətlər gözlədiyini vurğulayıb. Xəbəri "Lurer.com" və "Hraparak" yayıb.
Nəsib