Göyçənin Azad kəndindəki hərbi hissədə baş vermiş yanğın zamanı həlak olan hərbi qulluqçuların doğmaları dövlətin onlara verəcəyi vəsaitdən imtina edəcəklərini bildiriblər. Bu barədə erməni mediasına istefada olan general Hakopyan bildirib. O deyib ki, həlak olanların xidmət etdikləri 2-ci korpusun artıq bir neçə yüksək vəzifəli zabiti işdən azad edilərək istintaqa cəlb ediliblər. "Onlar bir neçə maddə üzrə ittiham olunurlar və mütləq cəzalandırılacaqlar"- deyən general əlavə edib ki, baş komandan kimi Nikol Paşinyan da məsuliyyət daşıyır və o, mütləq istefa verməlidir.
Paşinyanın komandası isə generalın kimlərdənsə qisas almaq üçün belə dediyini bildiriblər.
Nəsib