22.11.2024, 10:13
AZ EN
29.09.2022, 15:17 477

Paşinyan yenə yalan danışıb

YAZILAR

Sentyabrın 29-da saat 10-da Ermənistan hökumətinin növbəti iclası olub. Baş nazir Nikol Paşinyan çıxışı zamanı Fransaya səfərindən, orada aparılan danışıqlar barədə məlumat verərək bildirib ki, səfər faydalı olaylarla zəngindir. Paşinyanı müşaiyət edən ayrı-ayrı vəzifəli şəxslərində öz sahələri üzrə müəyyən uğurlu danışıqlar apardıqlarını və Fransanın Ermənistana xüsusi nümayəndə hey1əti vasitəsilə müəyyən köməkliklər edəcəyini bildirən N.Paşinyan adəti üzrə Azərbaycanın və Türkiyənin ünvanına həqiqətdən uzaq fikirlər səsləndirib. Ölkəni siyasi və iqtisadi böhrandan çıxartmaq üçün hansı işlərin görüləcəyi barədə söylədiyi fikirlər isə heç də sağlam təfəkkürün məhsulu olduğunu göstərmir. Siyasi rəqibləri ilə dialoqa hazr olduğunu sətraltı ifadələrlə bildirən N.Paşinyan sonda ənənəvi yalanları ilə iclası yekunlaşdırıb.

NƏSİB

Oxşar xəbərlər

SON XƏBƏRLƏR