Bu barədə xəbər verən "İravunk" ("Hüquq") onlayn qəzeti əlavə edib ki, Takuhinin komissiya sədrliyindən azad edilməsi üçün artıq iqtidar deputatlarının imza toplaması prosesinə start verilib.
Paşinyançı deputat Hovik Ağazaryan deyib ki, artıq 29 deputat onun çıxarılması üçün imza atıb.
Xatırladaq ki, Takuhi Tovmasyan komissiya sədri olan yeganə müxalifətçidir və onun ali təhsili olmaması həmişə, necə deyərlər, başına qaxınc olub. Hovik Ağazaryan isə mətbuata verdiyi müsahibələrdə öz fikirlərini özü təkzib etdiyinə görə dəfələrlə tənqid olub.
İrəvanda keçirilən ağırlıqqaldırma üzrə beynəlxalq yarışların açılışında erməni modelyerin bayrağımızı yandırmasını öz FB hesabında tənqid edən bu deputat sonra müsahibəsində demişdi ki, həmin fikirləri özü yazmayıb, kimsə səhifəsinə girib yazıb. Erməni ki, erməni!
N.Qaramanlı