21.11.2024, 21:47
AZ EN
11.04.2022, 08:30 409

Metyu Brayza: “Aİ sabitlik və davamlı sülhün əsaslarının qoyulmasında oynaya biləcəyi mühüm rolu nümayiş etdirir”

YAZILAR

Çox müsbət siqnal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan öz xarici işlər nazirlərinə gələcək sülh sazişi üzərində işləmək və birgə sərhəd komissiyası çağırmaq barədə göstəriş verməyə razılaşıblar. Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Bunu hər iki liderin çoxdan atmaq istədiyi addımlar kimi səciyyələndirən siyasi ekspert baş nazir Paşinyanın siyasi müxalifətinin prosesə mane olduğunu qeyd edib. O deyib: “Yerevanda Ermənistanın vaxtilə qeyri-qanuni yolla zəbt etdiyi əraziləri Azərbaycandan hansısa yolla geri qaytara biləcəyinə və orta əsr dövləti modelində Türkiyə ərazisini də əhatə edəcək “Böyük Ermənistan” qurmasına hələ də yalan ümid bəsləyən insanlar tərəfindən Ermənistanın bu müsbət addımlarına qarşı etiraz aksiyaları keçirilib. Ancaq bütün bunlar sona çatıb. Azərbaycan və Ermənistanın sülh sazişi bağlamasının vaxtı çatıb. Birgə sərhəd komissiyasının çağırılması və Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin demarkasiyası da insan həyatını xilas edəcək. Bu, sülhə doğru çox mühüm potensial addımdır. Ümid edək ki, iş başlayacaq".

M.Brayza Cənubi Qafqazda sabitliyin təmin edilməsində Avropa İttifaqının mühüm rolunu qeyd edib:

"Mən uzun illər hələ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri olarkən Aİ-nin Qarabağ münaqişəsində vasitəçi rolunu oynamasını vacib hesab edirdim. Mən başa düşmürdüm ki, niyə Minsk Qrupunun həmsədri bütün Aİ deyil, Fransa olub. Bəli, Fransa mühüm ölkədir, lakin bütövlükdə Aİ supergücdür, Fransa isə deyil. Hesab edirəm ki, Aİ indi sabitlik və davamlı sülhün əsaslarının qoyulmasında oynaya biləcəyi mühüm rolu nümayiş etdirir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə kömək etməkdə böyük maraq göstərib. Aİ etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar minatəmizləmə işlərində kömək edə bilər və sərmayələrə zəmanət verməklə nəqliyyat əlaqələrini dəstəkləyə bilər. Lakin Aİ-nin gördüyü əsas şey Azərbaycan və Ermənistan liderlərinə sülh sazişinin bu mühüm məsələlərini və Azərbaycan və Ermənistanın beynəlxalq sərhədlərinin demarkasiyası məsələlərini müzakirə etmək üçün platformalar təqdim etməkdir". (“Trend”)

Oxşar xəbərlər