Bunu millət vəkili Musa Qasımlı deyib. Deputat qeyd edib ki, ərazilərimizin 20 faizdən çoxu təcavüzkar Ermənistanın işğalı altında olarkən Azərbaycan dünyanın böyük dövlətlərini, beynəlxalq hüququ, haqq və ədaləti bərpa etməkdə düzgün mövqe tutmağa səslədi: "Amma onlar bunu etmədilər. Kənardan sırıdılmış problemi Azərbaycan özü təkbaşına həll etdi. Yeni müstəmləkəçilik siyasəti yürütmüş və onu indidə də müxtəlif formalarla yürüdən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, işğalçı Ermənistanın “böyük bacısı”, nüvə dövləti olan Fransadır. Artıq Fransa qarşısında Azərbaycanı həm də görəcəkdir.
Azərbaycan dünyanın orta güc dövlətinə çevrilməkdədir. Bu qüdrətə isə asan nail olunmayıb", - deyə M.Qasımlı deyib.
Tahirə AĞAMİRZƏ