22.11.2024, 01:43
AZ EN
14.10.2024, 16:23 286

İlyas Hüseynov: “Azərbaycanda saxlanılanlar ağır cinayətlərdə ittiham olunan şəxslərdir”

YAZILAR
  • “Sülh qovşağı layihəsi ilə birlikdə bölgədəki kommunikasiya xətləri açılacaq” - Ermənistan baş naziri Nikol Paşinyan belə deyib.

Siyasi şərhçilər Paşinyanın kommunikasiya xətlərinin açılması istiqamətindəki yanaşmasını Üçtərəfli Bəyanatın 9-cu bəndinə uyğun hesab etmirlər. Bu rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri təhrif etməsi kimi qiymətləndirilir.

Təhrif olunan yanaşma bununla kifayətlənmir.  Nikol Paşinyan hərbi əsirlərin qaytarılmadığını da iddia edir. Əslində indiyə qədər humanizm prinsiplərinə sadiq qalaraq bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verib. Erməniəsilli hərbi cinayətkarların və separatçı xunta rejimin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Paşinyanın açıqlaması sülh və təhlükəsizliyə təhdiddən başqa bir şey deyil.

“Azərbaycanda olan şəxslər terrorçuluqda, terrorçuluğu malliyyələşdirməkdə və nifaq salmaqda, separatçılığı gücləndirməkdə və digər ağır cinayətlərdə ittiham  olunan şəxslərdir və onların istintaqı başa çatmaq üzrədir. Onlar məhkəmə qarşısında ifadə  verəcək  və bütün bunlar  hazırkı sülh prosesi ilə  əlaqəli yanaşmalar deyil və bu məsələnin hazırkı sülh gündəliyində ortaya atılması şübhəsiz ki, diplomatik təmaslara, sülh trendinə də mənfi təsir göstərməkdədir”.

Bu fikirləri politoloq İlyas Hüseynov açıqlamasında deyib.

Rəsmi Bakı təbii ki, bu təhrifləri cavabsız qoymayıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunmasının cəhdidir. Qeyd olunub ki, Üçtərəfli Bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Paşinyanın açıqlaması onun üzərinə götürdüyü öhdəliklərə dair  etimadsızlığı növbəti dəfə nümayiş etdirir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR