16.04.2025, 14:25
AZ EN
06.01.2024, 20:32 452

İlyas Hüseynov: "ABŞ Azərbaycana qarşı belə əsassız iddialardan əl çəkməlidir"

YAZILAR
  • "Amerika Birləşmiş Ştatlarının  Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına daxil etməsi ədalətsiz yanaşmanın və qərəzli mövqenin bariz nümunəsidir. Elə məhz Birləşmiş Ştatların özündə əksər vaxtlarda  dini ayrı seçkiliklə bağlı hadisələr çoxsaylı müzakirələr mövzusu olub". Bunu politoloq İlyas Hüseynov mətbuata açıqlamasında ifadə edib. O, bildirib ki, 30 il ərzində Qarabağda  dini abidələri dağıdan ermənilərin çirkin əməllərinə göz yuman, susqunluq nümayiş etdirənlər indi müsəlmanların təəssübkeşi kimi görünməyə başlayıblar.

Yeni və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddialar tamamilə cəfəngiyyatdır:

"Bütün dünyada çoxsaylı müharibə və qarşıdurmaları alovlandıran, onlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan dövlətlərin bu cür mövqeyi sadəcə gülüş doğurur.

Azərbaycana qarşı bu cür addımın atılmasının arxasında siyasi sifariş dayanır: "Eyni zamanda burada dindən çox uzaq, siyasi möhtəkirliyi və riyakarlığı özündə etiva edən bir sıra elementlər də mövcuddur. Xüsusulə vurğu ona edilir ki, 19-20 sentyabr lokal xarakterli antiterror tədbirlərindən sonra bütün bu məhdudlaşdırıcı tədbirlər görülmüşdür və burada məqsəd siyasi cəhətdən ölkəmizə təsir etməkdir. Xüsusilə bunun npvbədənkənar prezident seçkiləri öncəsi edilməsi də bir qədər də baş verən proseslərə ciddi nəzər salmağımıza əsasdır".

Politoloq daha sonra əlavə edib ki, hesabatın ermənilər tərəfindən tərtib olunması Azərbaycana aid olan hissəsini dövlət komissiyasının rəhbəri Daniel Aşbakyanın hazırlaması ciddi suallar doğurur: "Çünki o, Amerika erməni assambleyasının rəhbər şəxslərindən olub. Livanın Los-Agelesdəki konsulluğunda işləyib.

Öz mənafelərini güdən Birləşmiş Ştatların dövlət rəhbəri dövlət maraqlarını heçə sayır. ABŞ Azərbaycana qarşı belə əsassız iddialardan əl çəkməlidir. Çünki Azərbaycan öz siyasi xəttini ölkənin milli maraqlarına uyğun quracaq" - deyə, politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər