24.04.2025, 14:35
AZ EN
21.08.2023, 16:23 390

Samir Hümbətov: “Ermənistanın istənilən təxribatının qarşısı layiqincə alınacaq”

YAZILAR
  • Son vaxtlar Ermənistanın Azərbaycana qarşı təxribatları demək olar ki, səngimir. Belə təxribatlardan biri də Qafanda hava limanın açılmasıdır. Hal-hazırkı vəziyyətdə belə bir addımın atılması və Ermənistanın bu hava limanından hərbi məqsədlər üçün istifadə etməsinə kimsə qaranti vermir.

“Ermənistan artıq Qafandakı hava limanının açılışını edib. Təbii ki, haqlı olaraq bizim də narahatlığımız var, ola bilsin ki, gələcəkdə ermənilər bundan hərbi məqsədlər üçün istifadə edə bilər”. Bunu politoloq Samir Hümbətov “Vetensesi.az”a açıqlamasında ifadə edib. O, bildirib ki, düşünürəm ki, biz bu məsələni Ermənistanla müttəfiq olan dövlətlərlə müzakirə edərək qəti xəbərdarlıq etməliyik: “Çünki  hər vəziyyət ola bilər. Nə qədər ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmayıb, bir o qədər təhdidlərin  və təhlükənin olma ehtimalı çox yüksəkdir. Hər bir hadisə baş verə bilər. O baxımdan düşünürəm ki, indiki  məqamda bu dəqiqə bizim əsas tələbimiz Ermənistandan olmalıdır ki, qəti xəbərdarlıq etməliyik və edəcəyik də, artıq  o məsələ də gündəmdə var.

Eyni zamanda biz təhlükəsizlik tədbirlərini maksimum dərəcədə yüksəltməliyik. Çünki Ermənistan hər bir vəziyyətdə təxribat törətməyə “qadir” dövlətdir və biz bunu təcrübədə yaşamışıq, görmüşük, indi də bu mövcuddur. Ona görə də yuxarıda dediyim kimi, düşünürəm ki, biz birinci Ermənistana, sonra da müttəfiqlərinə  açıq və net olaraq  xəbərdarlıq etməliyik ki, istənilən təxribatın qarşısı layiqincə alınacaq və ən sərt şəkildə cavablandırılacaq. Bu bizi narahat edən məsələdir və təbii ki, geriyə addım atmamalıyıq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər