22.11.2024, 02:41
AZ EN
29.03.2024, 09:53 309

Paşinyan yenə ikibaşlı danışdı

YAZILAR
  • "Hraparak"ın bu günkü paylaşımında Ermənistan hökumətinin dünənki növbəti iclası barədə verilən xəbərlərdən biri öz məntiqinə görə diqqəti cəlb edir. N.Paşinyan sözügedən iclasda özünü hələ də separatçı rejimin başçısı kimi təqdim edən və Fransanın Le Fiqaro nəşrinə verdiyi müsahibədə təxribatçı fikirlər səsləndirən Samvel Şahramanyanın sualına cavab verərkən  deyib ki, Ermənistanda yalnız bir hakimiyyət var və həmin hakimiyyət nümayəndələri bu salonda oturublar. Qarabağdan "zorla çıxarılmış bəzi dairələr bilərək, ya da bilməyərək Ermənistanın milli təhlükəsizliyinə qarşı təhlükə yarada biləcək fəaliyyət göstərirlər. O, sonra əlavə edib ki, zərurət yarandıqda belə çağırışların qarşısının alınması üçün müvafiq tədbirlər görüləcəkdir.

Marianna Qəhrəmanyanın yazdığı məqalədə daha sonra baş nazirin dediyi aşağıdakı fikir xüsusi vurğulanıb: "Bəli, bəli, Ermənistan üçün təhlükə yaranarsa xarici qüvvələr tərəfindən yönləndirilənlər kəskin cavab alacaqlar".

Burada bir məqam diqqəti cəlb edir: Ermənistan hökumətinin iclasında Samvel Şahramanyan kimin icazəsi ilə iştirak edib və hətta baş nazirə sual verib? N.Paşinyanın "hökumət bu iclas zalında əyləşib" ifadəsinə görə, S.Şahramanyan da Ermənistan hökumətinin üzvüdürmü? Buradan belə çıxır ki, Paşinyan üstüörtülü ifadələrlə olsa da separatçıların mövcudluğunu və xaricdən dəstək aldıqlarını cəmiyyətə çatdırır.

Yerigəlmişkən xatırladaq ki, S.Şahramanyan hazırda Bakıda istintaq təcridxanasında olan Araik Harutyunyanın komanda yoldaşı olub və təşəbbüsü ilə ötən il avqustun 9-da separatçı rejimin başçısı olmuşdu.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR